Özbəkistanda 120 yaşlı qadına biometrik pasport verilib
19 Avqust, 19:42   |    Baxış sayı: 118

Özbəkistanda 120 yaşlı qadına biometrik pasport verilib

 
Özbəkistanın Buxara vilayətinin Qijduvan rayonunda yaşayan 120 yaşlı Rayxon Dilovaya biometrik pasport verilib.

Diasporpress.az Özbəkistan mətbuatına istinadla xəbər verir ki, Rayxon Dilovanın qızlarının hamısı 80 yaşı keçib, bununla belə onlar hər gün analarına baş çəkir, ona canla-başla qulluq edirlər.

Pasportda Rayxon Dilovanın doğum tarixi 1900-cu il göstərilir. Bildirilir ki, 120 yaşlı qadının çoxsaylı nəvə-nəticələri ona hədiyyələr alıb və təbrik ediblər. (azərtac)

Diasporpress.az