17 Avqust, 16:33   |    Baxış sayı: 84

"Öz potensialımdan maksimum istifadə edib dünya çempionu olmaq istəyirəm" - Cəbrayıl Həsənov

Komandamız dünya çempionatına hazırlığı yüksək səviyyədə davam etdirir. Dünya çempionatının gümüş və bürünc medallarına sahib olmuşam. Bu dəfə hədəfim qızıl medal qazanmaqdır. Potensialımdan maksimum istifadə edib dünya çempionu olmaq istəyirəm.

Bu sözləri Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlaşan güləş üzrə milli komandanın üzvü Cəbrayıl Həsənov Diasporpress.az-a məxsusi müsahibəsində deyib.

Böyük idmanda karyerasını yüksək nailiyyətlərlə başa vurmaq arzusunda olduğunu vurğulayan Olimpiya Oyunlarının bürünc mükafatçısı qeyd edib: "Artıq karyeramın son illərindəyəm. Bu il növbəti dəfə Avropa çempionatının qızıl medalını qazandım. Dünya çempionatının, daha sonra Olimpiya Oyunlarının qalibi olmaq arzusundayam”.
 
Diasporpress.az