Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Qırğızıstan yığması ilə birgə hazırlaşır
24 Avqust, 14:03   |    Baxış sayı: 81

Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Qırğızıstan yığması ilə birgə hazırlaşır

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək. Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır.

Diasporpress.az xəbər verir ki, avqustun 12-də start götürən təlim-məşq toplanışında Qırğızıstan yığması da iştirak edir. Komandalar ümumi fiziki hazırlıqla yanaşı, xalça üzərində taktiki-texniki çalışmaları da icra edirlər.

Qeyd edək ki, hazırlıq prosesi avqustun 30-dək davam edəcək. Millimiz son hazırlığını Bakıda keçəcək.
 
Diasporpress.az