Yaponiya Müdafiə Nazirliyi ABŞ-dan “F-35B” qırıcılarının alınması planını təsdiqləyib
17 Avqust, 12:19   |    Baxış sayı: 86

Yaponiya Müdafiə Nazirliyi ABŞ-dan “F-35B” qırıcılarının alınması planını təsdiqləyib

Yaponiya Müdafiə Nazirliyi "Lockheed Martin” korporasiyasından qısa uçuşa və şaquli enişə malik "F-35B” hərbi təyyarələrinin alınması barədə planı tam bəyənib.

Diasporpress.az xəbər verir ki, bu barədə məlumat nazirliyin veb-saytında yayılıb. Bildirilir ki, "F-35B” qırıcıları texniki-taktiki keyfiyyətləri ilə özünümüdafiə qüvvələrinin bütün tələblərinə cavab verir.

2020-ci maliyyə ilində altı belə təyyarənin alınması nəzərdə tutulur. 2023-cü ilədək isə onların sayının 18-ə çatdırılması planlaşdırılır. Bu təyyarələrin hər birinin dəyəri 14 milyard yendir (təqribən 130 milyon dollar).

Yaponiya həmin təyyarələri "Izumo” və "Kaga” aviadaşıyıcıları üçün alır. Lakin həmin təyyarələrin daim bu gəmilərin göyərtəsində yerləşdirilməyəcəyi, yalnız ehtiyac yaranacağı təqdirdə onlardan kəşfiyyat məqsədilə və ya təlimlərin keçirilməsi üçün istifadə ediləcəyi bildirilir.

Yaponiya özünümüdafiə qüvvələri üçün ümumilikdə 42 ədəd "F-35B” qırıcısının alınması planlaşdırılır. Bundan əlavə, Müdafiə Nazirliyi əvvəllər 105 ədəd "F-35A” qırıcısının alınması planını açıqlayıb.

Yaponiyada cari maliyyə ilinin büdcəsində müdafiə xərcləri ümumilikdə 5,3 trilyon yen (təqribən 47,5 milyard dollar) məbləğində müəyyən edilib. (azərtac)
 
Diasporpress.az