“Xəzərdəki neft-qaz yataqlarının işlənməsi regionun inkişafı üçün güclü impuls ola bilər” - Türkmənistan Prezidenti
12 Avqust, 15:30   |    Baxış sayı: 34

“Xəzərdəki neft-qaz yataqlarının işlənməsi regionun inkişafı üçün güclü impuls ola bilər” - Türkmənistan Prezidenti

Xəzər dənizinin karbohidrogen ehtiyatlarından səmərəli istifadə regionun iqtisadiyyatının böyüməsi üçün güclü impuls ola bilər.

Diasporpress.az "İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmənbaşı şəhərində keçirilən I Xəzər İqtisadi Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, region ölkələri Xəzərin inkişafı üçün aktual praktik məsələlərin həllinə yönəlməlidir və "Xəzər enerjisi” regionun iqtisadiyyatının dinamik inkişafı üçün əsas olmalıdır: "Xəzərdə karbohidrogen hasilatının artması regionda bütün iqtisadi mənzərəni əsaslı şəkildə dəyişdirməyə, onu bərabərhüquqlu və effektiv tərəfdaş kimi qlobal iqtisadi məkana inteqrasiya etməyə qadirdir”.
 
Diasporpress.az