Xarici İşlər Nazirliyində səfirlərə şokolad qutuları almaq məcbur edilir - Biyabırçılıq
03 Sentyabr, 17:23   |    Baxış sayı: 171

Xarici İşlər Nazirliyində səfirlərə şokolad qutuları almaq məcbur edilir - Biyabırçılıq

Ermənistan Xarici İşlər Nazirliyinin aparat rəhbəri Vahagn Melikyan Xarici İşlər Nazirliyini bazara çevirib. 

Diasporpress.az erməni mediasına istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyindən mediaya ötürülən məlumatlara görə, Melikyan müxtəlif ölkələrdə akkreditə olunmuş səfirlərini kabinetinə dəvət edib və yaxın dostunun istehsal etdiyi "ARCHIR” şokoladlarını almağı təklif edib. Bu şokolad qutuları isə xarici ölkələrdə digər diplomatlara hədiyyə kimi təqdim edilmək üçün alınır.

Nəticədə Xarici İşlər Nazirliyinin aparat rəhbəri, səfirlərin hər birinə ortalama 30-50 qutu şokoladı nağd şəkild satıb.

Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, hazırda Melikyanın ofisində 40 qutu şokolad saxlanılır, əksəriyyəti isə səfirliklərə göndərilib.

Jurnalistlər bu məsələni dəqiqləşdirmək üçün Xarici İşlər Nazirliyinə sorğu göndərib və ARCHIR şirkətinə müraciət edib. Hələ bu iki tərəfdən heç bir açılqlama gəlməyib.
 
Xarici İşlər Nazirliyində səfirlərə şokolad qutuları almaq məcbur edilir - Biyabırçılıq

Diasporpress.az