UEFA Superkubokunu qadın hakimlər idarə edəcəklər
02 Avqust, 22:51   |    Baxış sayı: 74

UEFA Superkubokunu qadın hakimlər idarə edəcəklər

Türkiyənin İstanbul şəhərində keçiriləcək UEFA Superkubokunun hakimləri açıqlanıb. 

Diasporpress.az-ın məlumatına görə, avqustun 14-də "Vodafon Arena”da keçiriləcək "Liverpul” – "Çelsi” oyununu qadın hakimlər idarə edəcəklər. 

Matçın baş hakimi Stefani Frappar olacaq. Fransalı referiyə həmyerlisi Manuela Nikolosi və irlandiyalı Mişel Onil kömək edəcəklər. 

Avrokuboklar tarixində ilk dəfə kişi komandaların oyununu idarə edəcək xanım ədalət təmsilçilərinin VAR hakimi Klemen Turpin (Fransa) olacaq. 

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Diasporpress.az