Türkiyə
24 Avqust, 12:18   |    Baxış sayı: 95

Türkiyə "Pəncə-3" əməliyyatına başladı

İraqın şimalında yerləşən Sinat-Haftanin bölgəsində "Pəncə-3" hərbi əməliyyatı başlayıb.
 
 
 
 
 
 
  

Diasporpress.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, avqustun 23-də terrorçuların bölgədəki mağara və sığınacaqlarını məhv etmək məqsədi ilə "Pəncə-3" adlı əməliyyata start verilib. Hazırda əməliyyatlar uğurla davam etdirilir.

Diasporpress.az