Tramp ABŞ-da doğulanlara vətəndaşlıq verilməsi hüququnu ləğv etmək istəyir
22 Avqust, 14:40   |    Baxış sayı: 76

Tramp ABŞ-da doğulanlara vətəndaşlıq verilməsi hüququnu ləğv etmək istəyir

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində doğulan ölkə vətəndaşı olmayan və qeyri-qanuni mühacirət edən şəxslərin övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsini ləğv etmək istəyir.

Diasporpress.az xəbər verir ki, bu barədə RİA "Novosti” ABŞ liderinin çıxışına istinadən məlumat verib.

"Biz buna ciddi yanaşırıq ”-deyə o bildirib.

Qeyd edək ki, cari ilin 15 oktyabr tarixindən başlayaraq, özlərini təmin edə bilməyən şəxslər ABŞ-da daimi yaşayış və iş hüququ əldə edə bilməyəcək.

Ağ Ev qeyd edib ki, yeniliklər Amerika vergi ödəyicilərini və həqiqətən dövlət köməyinə ehtiyacı olan vətəndaşları qoruyacaq.
 
Diasporpress.az