Tokio Fond Birjası bazar ertəsi kəskin enişlə açılıb
26 Avqust, 13:30   |    Baxış sayı: 43

Tokio Fond Birjası bazar ertəsi kəskin enişlə açılıb

Avqustun 26-da səhər Tokio qiymətli kağızlar bazarı ABŞ və Çin arasında ticarət "müharibəsi”nin daha da gərginləşməsi ilə əlaqədar kəskin enişlə açılıb.

Diasporpress.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bildirilir ki, Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin kotirovkalarının dinamikasını əks etdirən Nikkei indeksi cümə gününün göstəricisi ilə müqayisədə 500 bənd və ya 2,5 faiz aşağı düşərək 20238,28 bəndində qərarlaşıb.

Birinci elit seksiyada təmsil olunan bütün şirkətlərin qiymətli kağızlarını əks etdirən Topix indeksi isə 30,17 bənd və ya 2,01 faiz enərək 1472,08 bəndinə düşüb.

Agentliyin bildirdiyinə görə, eniş nəqliyyat, neft və kömür sahələri də daxil olmaqla bütün səhmləri əhatə edib.
 
Diasporpress.az