Tənzilə Rüstəmxanlı: Türk xalqı demokratik seçki ənənəsini dünyaya sübut etdi
01 Aprel, 16:53   |    Baxış sayı: 125

Tənzilə Rüstəmxanlı: Türk xalqı demokratik seçki ənənəsini dünyaya sübut etdi

Türk xalqı bir daha öz iradəsini, öz qətiyyətini ortaya qoyaraq demokratik seçki ənənəsini dünyaya sübut etdi. 


DiasporPress.az xəbər verir ki, Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyədə keçirilən Bələdiyyə seçkilərinin uğurla başa çatması münasibəti ilə Türk xalqını təbrik edib. 

Təbrikdə deyilir: 

Türkiyə bizim qardaş, dost dövlətimizdir. Canımız, qanımız, ruhumuz birdir. Dünyada ikinci bir xalq və dövlət yoxdur ki, bu qədər bir-birinə qırılmaz, sıx tellərlə bağlı olsun. Kimsə bunun analoqunu ortaya bilməz. Hətta, istəsələr belə, bu bağı, bu birgəliyi heç kim, heç bir qüvvə və heç bir dövlət qıra, məhv edə bilməz.
Bu baxımdan hesab edirəm ki, Türkiyənin uğurları, sevinci Azərbaycanın sevinci, uğurlarıdır. Türkiyədə keçirilən Bələdiyyə seçkiləri heç şübhəsiz ki, bizim də marağımız daxilində idi. Bizlər də qardaş ölkədə yaşananları, seçki yaşantılarını yaxından izləyirdik və arzu edirdik ki, hər şey Türkiyə xalqının ürəyincə olsun, onun mənafeyinə uyğun şəkildə baş versin. Çox əlamətdar haldır ki, bu, belə də oldu. Türk xalqı bir daha öz iradəsini, öz qətiyyətini ortaya qoyaraq demokratik seçki ənənəsini dünyaya sübut etdi. Türk seçicisi doğru ilə yalanı, ağla qaranı daha düzgün ayırd etməyi bacarır, onun seçiminə artıq kimsə qarışa bilməz. Bir daha əziz Türk xalqını və seçkidə qalib gələn Bələdiyyə sədrlərinin təbrik edir, uca xalqımıza hər zaman xoş günlər diləyirəm.