Tacikistan Azərbaycan gömrüyünün təcrübəsindən yararlanmaq istəyir
24 Avqust, 19:59   |    Baxış sayı: 44

Tacikistan Azərbaycan gömrüyünün təcrübəsindən yararlanmaq istəyir

Tacikistan Azərbaycan gömrüyünün təcrübəsindən yararlanmaq istəyir.

Diasporpress.az xəbər verir ki, bu barədə Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev deyib.

O, Azərbaycanla Tacikistan arasında iqtisadi, siyasi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, iki ölkənin gömrük orqanları arasında işgüzar və səmərəli dialoqun da bu əlaqələrin inkişafına töhfə verdiyini söyləyib.

R.Soliyev Azərbaycan gömrüyündə tətbiq edilən yenilikləri nəzərə almaqla Tacikistan gömrük xidmətinin bu təcrübədən yararlanmaqda maraqlı olduğunu, o cümlədən tacikistanlı gömrükçülərin Azərbaycanda təlim keçməsinin məqsədəuyğunluğunu bildirib.
 
Diasporpress.az