Söyün Sadıqov təxribatçıdır - Azərbaycanlı deputat
29 Yanvar, 00:38   |    Baxış sayı: 311

Söyün Sadıqov təxribatçıdır - Azərbaycanlı deputat

Söyün Sadıqov təxribatçıdır və həmişə Gürcüstanda yaşayan soydaşlarımızı təxribata çəkmək istəyib.

Diasporpress.az xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində olan azərbaycanlı deputat Azər Süleymanov S.Sadıqovun Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracağı fikrinə münasibətində açıqlayıb.

Xatırladaq ki, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanda abidə qoymasına sərt şəkildə etirazını bildirərək büst götürülməyəcəyi təqdirdə məcbur olub Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracağını deyib.

A.Süleymanov bildirib ki, S.Sadıqov bir dəfə də olsun Gürcüstana gəlməyib və hər bir çağırışında çalışır ki, burada yaşayan azərbaycanlıları təxribata çəksin: "Ya muxtariyyət, ya da qarşıdurma çağırışlarında olub. Gürcüsatna bizim vətənimizdir və heç vaxt bu ölkənin parçalanmasına razı ola bilmərik, onun bütövlüyü, müstəqilliyi uğrunda mücadiləyə hazırıq”. 

A.Süleymanov Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abüstünün sökülməsinin vacibliyini də vurğulayıb: "Gürcüstan hakimiyyəti bu hadisəyə göz yummaqla bütün dünya azərbaycanlılarına arxadan zərbə vurdu. Gürcüstan prezidenti Salome Zurabişvili seçkiqabağı Axalkalaki rayonunda erməni seçiçiləri ilə görüşündə onlara vədlər vermişdir. Bu gün həmin vədlər yerinə yetirir. Necə ola bilər ki, hakimiyyətin bundan xəbəri olmasın. Bütün icra strukturları, bələdiyyələrdə hakimiyyətin adamları yerləşdirilib. Belə bir tədbir keçirilsin, Ermənistanın Gürcüstandakı səfiri həmin tədbirdə iştirak etsin, amma hakimiyyətin bundan xəbəri olmasın. Bu gün Zurabişvili hakimiyyətinin iç üzü ortaya çıxır. Çünki Borçalı bölgəsi seçkilərdə Mixail Saakaşviləyə səs verdi. Salome Zurabişvili indi də intiqam alır. Həm də proseslərin arxasında Bidzina İvanişvili höküməti durur və birbaşa dəstək verir”.