Suriyada iki gün ərzində terrorçuların hücumu nəticəsində 23 hərbçi ölüb
12 Avqust, 13:37   |    Baxış sayı: 129

Suriyada iki gün ərzində terrorçuların hücumu nəticəsində 23 hərbçi ölüb

Suriyada terrorçular iki gün ərzində bir neçə yaşayış məntəqəsinə hücum ediblər.

Diasporpress.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, terrorçuların hücumları nəticəsində 23 Suriya ordusunun hərbçisi həlak olub.

Bildirilir ki, avqustun 10-u terrorçular Sukayk-Açan yaşayış məntəqəsi, 11-i isə Murek-Açan yaşayış məntəqəsi istiqamətində hücum ediblər.
 
Diasporpress.az