Şotlandiyada orta məktəb binasında güclü yanğın baş verib
26 Avqust, 15:52   |    Baxış sayı: 78

Şotlandiyada orta məktəb binasında güclü yanğın baş verib

Şotlandiyanın Dunfermlayn şəhərindəki Vudmill orta məktəbində güclü yanğın baş verib.

Diasporpress.az xəbər verir ki, yanğının qarşısının alınması üçün əraziyə 80-dən çox yanğınsöndürən cəlb olunub.

Şotlandiya Yanğından Xilasetmə Xidməti hadisə zamanı xəsarət alan olmadığını bildirib.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Güclü yanğın nəticəsində dağılan məktəb binasında dərslər təxirə salınıb, şagirdlər tətilə buraxılıb.
 
Diasporpress.az