17 İyun, 12:39   |    Baxış sayı: 115

"Səyyar ASAN Xidmət" hazırda 10 məntəqədə xidmət göstərir

"Səyyar ASAN Xidmət"in fəaliyyət göstərəcəyi növbəti rayon və şəhərlərin adı açıqlanıb.


"ASAN Xidmət”dən verilən məlumata görə, 27 may-25 iyun tarixlərində "Səyyar ASAN Xidmət" Şirvan, Xırdalan, Füzulidə, 29 may-27 iyun Xudat, Yardımlı, Göyçay, Astarada, 7 iyun-6 iyul Goranboy və Qaxda, 13-27 iyun Daşkəsəndə vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

 

 

"Səyyar ASAN Xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

 Diasporpress.az