“Sevilya” İspaniya çempionatında xal itirib
31 Avqust, 11:26   |    Baxış sayı: 39

“Sevilya” İspaniya çempionatında xal itirib

Avqustun 30-da İspaniya La Liqasının üçüncü turunun ilk oyunu keçirilib.

Diasporpress.az xəbər verir ki, "Qarabağ” komandasının UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri "Sevilya” öz meydanında "Selta Viqo”nu qəbul edib.

Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Ötən mövsüm İspaniya çempionatında beşinci yeri tutan "Sevilya”nın heyətində Franko Vazquez 81-ci dəqiqədə hesabı açıb. Bundan iki dəqiqə sonra qonaqlar Denis Suarezin vurduğu topla hesabı bərabərləşdirib. Beləliklə, öz meydanında xal itirmələrinə baxmayaraq, baş məşqçi Xulen Lopeteqinin yetirmələri bu matçdan sonra xallarının sayını yeddiyə çatdıraraq İspaniya çempionatında liderliklərini möhkəmləndiriblər.

Üçüncü turun digər görüşləri avqustun 31-də və sentyabrın 1-də keçiriləcək. Çempionluğa iddialı komandalardan "Barselona” avqustun 31-də səfərdə "Osasuna” komandası ilə üz-üzə gələcək.

"Real Madrid” sentyabrın 1-də "Vilyarreal”ın qonağı olacaq. Həmin gün "Atletiko Madrid” doğma azarkeşlər önündə "Eybar”la qarşılaşacaq.
 
Diasporpress.az