Şerlok Holmsun təsviri olan sikkə tədavülə buraxılıb
13 May, 15:40   |    Baxış sayı: 84

Şerlok Holmsun təsviri olan sikkə tədavülə buraxılıb

Böyük Britaniyada Şerlok Holmsun təsviri olan 50 pens dəyərində sikkə tədavülə buraxılıb.

DiasporPress.Az TASS-a istinadən xəbər verir ki, Şerlok Holmsun yer aldığı əsərlərin adları da göstərilən sikkə məşhur xəfiyyəni təxəyyül gücü ilə canlandıran yazıçı Artur Konan Doylun mayın 22-də tamam olan 160 illiyi münasibətilə buraxılıb.

Qeyd edək ki, "Ginnesin rekordlar kitabı"na əsasən, ən çox ekranlaşdırılmış ədəbi qəhrəman olan Şerlok Holmsa heykəllər ucaldılıb, adına muzeylər, cəmiyyətlər yaradılıb.