Səhiyyə Nazirliyi Bakıda bıçaqlanan bacıların durumu barədə məlumat yayıb
03 Sentyabr, 16:40   |    Baxış sayı: 119

Səhiyyə Nazirliyi Bakıda bıçaqlanan bacıların durumu barədə məlumat yayıb

Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunda bıçaqlanan iki bacının səhhəti barədə məlumat yayıb.

Nazirlikdən Diasporpress.az-a verilən məlumata görə, gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovaya həkimlər bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.

Xatırladaq ki, onları Ruhəngiz Mahmudovanın həyat yoldaşı bıçaqlayıb.
 
Diasporpress.az