Sankt-Peterburq hökumətinin təmsilçiləri Diasporla İş üzrə Dövlət Komitəsində olub
30 Oktyabr, 16:25   |    Baxış sayı: 54

Sankt-Peterburq hökumətinin təmsilçiləri Diasporla İş üzrə Dövlət Komitəsində olub

Diasporpress.az xəbər verir ki, Sankt-Peterburq Hökumətinin Millətlərarası Münasibətlər və Miqrasiya siyasətinin həyata keçirilməsi Komitəsinin numayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Görüşdə Millətlərarası Münasibətlər və Miqrasiya siyasətinin həyata keçirilməsi Komitəsinin sədri, hökumətin üzvü Oleq Kapitanov, Komitənin MDB ölkələri ilə iş şöbəsinin müdiri Tatyana Mudrova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin 2-ci katibi Alla Naniyeva iştirak edib.
Komitə sədri Fuad Muradov qonaqları salamlayaraq Azərbaycan dövlətinin diaspor siyasəti və bu siyasətin müxtəlif istiqamətləri barədə məlumat verib, rəhbərlik etdiyi qurumun son illərdə reallaşdırdığı layihələrdən danışıb. O, Rusiya Federasiyasındakı Azərbaycan icmalarının fəaliyyəti, azərbaycanlıların cəmiyyətə inteqrasiyası haqqında danışıb, müvafiq qurumlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qonaqlar səmimi qəbula görə təşəkkür edib, Sankt-Peterburqdakı Azərbaycan diasporunun fəaliyyəti barədə fikirlərini bildirib, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Görüşdə iki ölkə arasında diaspor siyasəti sahəsində əlaqələrin möhkəmləndirilməsi ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb, bu cür görüşlərin davamlı olmasının müsbət nəticələr verəcəyi qeyd edilib.
Qonaqlara ölkəmizin mədəniyyətini və tarixini əks etdirən hədiyyələr təqdim olunub.