Sahibkarlığın İnkişafı Fondu ilə Türkiyənin KOSGEB arasında anlaşma memorandumu imzalanıb
01 Avqust, 10:59   |    Baxış sayı: 139

Sahibkarlığın İnkişafı Fondu ilə Türkiyənin KOSGEB arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyi arasında təcrübə mübadiləsi aparılacaq.

Diasporpress.az-ın məlumatına görə, bununla bağlı bu gün Sahibkarlığın İnkişafı Fondu ilə Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyi (KOSGEB) arasında anlaşma memorandumu imzalanıb.

Anlaşma memorandumunu SİF-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Samir Hümbətov və KOSGEB-in İdarə Heyəti sədrinin müavini Salih Tuna Şahin imzalayıblar. 
 
Diasporpress.az