Sabirabadda evdən 36 min manatlıq oğurluq olub
29 İyul, 20:43   |    Baxış sayı: 136

Sabirabadda evdən 36 min manatlıq oğurluq olub

Sabirabadda evdən böyük məbləğdə pul və qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Diasporpress.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki evlərin birindən 30800 manat pul və 5500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Rəhimli saxlanılıb.
 
Diasporpress.az