Qırğızıstanla Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub
27 Avqust, 11:32   |    Baxış sayı: 71

Qırğızıstanla Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşüb. 

Diasporpress.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər. Bu istiqamətdə Qırğızıstan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsi, Bişkekdə Heydər Əliyev parkının və orta məktəbin tikintisi ilə bağlı məsələlər də diqqət mərkəzində olub.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək yeddinci Zirvə görüşü və bu tədbirdə Qırğızıstanın iştirakı məsələləri, həmçinin yüksək səviyyədə ikitərəfli səfər müzakirə edilib. Zirvə görüşündə müzakirə ediləcək mövzular və təşkilati məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
 
Diasporpress.az