“Qəbələ”nin bəyənmədiyi hücumçu “Sabah”a keçib
03 Avqust, 12:22   |    Baxış sayı: 75

“Qəbələ”nin bəyənmədiyi hücumçu “Sabah”a keçib

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Diasporpress.az xəbər verir ki, paytaxt klubu malili hücumçu Ulis Diallo ilə iki illik müqavilə bağlayıb.

26 yaşlı futbolçu karyerası ərzində Malinin "Koliba”, Livanın "Şabab Əl Sahel”, Macarıstanın "Ferentsvaroş”, "Mezököveşd-Jor”, "Puşkaş Akademiyası”, MTK, Portuqaliyanın "Aroka”, "Akademika”, "Maritimu” klublarında çıxış edib. Onun son komandası MTK olub. Futbolçu qış fasiləsindən sonra oynadığı Budapeşt klubunda 10 oyuna cəmi bir qol vura bilib.

Qeyd edək ki, U.Diallo 2015-ci ilin yanvarında "Qəbələ”nin Antalyadakı təlim-məşq toplanışında iştirak edib. O, hətta Niderlandın məşhur PSV klubunun ikinci komandası ilə qolsuz başa çatan görüşdə də oynayıb. Lakin o vaxt ukraynalı baş məşqçi Roman Qriqorçuk qol vura bilməyən futbolçunu bəyənməmişdi.
 
Diasporpress.az