Qazaxıstanda neft hasilatının beşillik proqnozu açıqlanıb
28 Avqust, 13:25   |    Baxış sayı: 167

Qazaxıstanda neft hasilatının beşillik proqnozu açıqlanıb

Qazaxıstan Milli iqtisadiyyat naziri Ruslan Dalenov yaxın 5 il üçün neft hasilatı və inflyasiya ilə bağlı proqnozu açıqlayıb.

Diasporpress.az xəbər verir ki, neft istehsalının 2024-cü ildə 100 milyon tona qədər artacağını bildirən artımın Tengiz, Qaraçağanaq, Kaşağan yataqlarının genişləndirilməsi və dəniz yataqlarının istismara verilməsi ilə əlaqədar olduğunu deyib.

Ümumi daxili məhsula gəldikdə, nazirin proqnozuna görə, nominal ÜDM 2020-ci ildə 75 trilyon təngə, 2024-cü ildə isə 106 trilyon təngə olacaq. Beləliklə adambaşına düşən ÜDM 2024-cü ildə 14,3 min ABŞ dollarına qədər artaraq 2020-ci ildə 10,5 min ABŞ dolları təşkil edəcək. 2020–2021-ci illərdə illik inflyasiyanın hədəf dəhlizi 4-6 faiz səviyyəsində saxlanılır. 2022-2024-cü illərdə isə 3-5 faiz olacağı proqnozlaşdırılır.

R.Dalenovun sözlərinə görə, işsizlik 2024-cü ildə 4,7 faizə enəcək. Makroiqtisadi proqnoz əsasında 2020-2022-ci illər üçün büdcə parametrləri və Milli Fondun proqnozu hazırlanıb. Respublika büdcəsinin gəlirləri (köçürmələr istisna olmaqla) 2020-ci ildə 8 trilyon təngə, 2021-ci ildə 8,6 trilyon təngə və 2022-ci ildə isə 9,4 trilyon təngə olacağı gözlənilir.
 
Diasporpress.az