“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb
30 Avqust, 10:03   |    Baxış sayı: 120

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində keçirilən "Qarabağ” - "Linfild” oyunu Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Diasporpress.az xəbər verir ki, oyunun son dəqiqələrində "Qarabağ” hesab arasındakı fərqi iki topa çatdırıb. İkinci qolu rəqib qapısından 88-ci dəqiqədə Abdullah Zubir keçirib. Lakin oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Şayne Laveri buraxılmış toplardan birinin əvəzini çıxsa da, bu, komandamızın növbəti mərhələsinə yüksəlməsinə mane olmayıb. Beləliklə "Qarabağ” iki oyunun nəticəsinə görə (2:3, 2:1) UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, "Qarabağ” beşinci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
 
Diasporpress.az