Pompeo Avropa Komissiyasının yeni başçısı ilə görüşüb
03 Sentyabr, 13:01   |    Baxış sayı: 37

Pompeo Avropa Komissiyasının yeni başçısı ilə görüşüb

ABŞ-ın dövlət katibi Mayk Pompeo Brüsseldə Avropa Komissiyasının yeni rəhbəri Ursula fon der Lyayenlə görüşüb.

Bu barədə Diasporpress.az Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Pompeo Ursulanı Avropa Komissiyasının başçısı vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

"Tərəflər ABŞ-la və Avropa Birliyi arasında möhkəm əməkdaşlığın Atlantikanın və bütün dünyanın hər iki tərəfdən çiçəklənməsi üçün həlledici əhəmiyyə malik olduğunu təsdiq etdilər", - deyə Dövlət Departamentində bildiriblər.

Tərəflər həmçinin ümumi problemlərin həlli üzərində birgə işləməyə sadiq olduqlarını ifadə ediblər.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi  bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə də görüşəcək. Tərəflər cari təhlükəsizlik məsələlərini, NATO ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşünü, eləcə də alyans üzvü ölkələrinin dövlət başçılarının görüşünü müzakirə edəcəklər. 
 
Diasporpress.az