Nur-Sultan şəhərində Avrasiya ölkələrinin parlament sədrlərinin IV toplantısı keçiriləcək
29 Avqust, 13:28   |    Baxış sayı: 92

Nur-Sultan şəhərində Avrasiya ölkələrinin parlament sədrlərinin IV toplantısı keçiriləcək

Sentyabrın 23-24-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya ölkələrinin parlament sədrlərinin "Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” mövzusunda IV toplantısı keçiriləcək.

Diasporpress.az xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakı təsdiqlənib. Qazaxıstanın irəli sürdüyü mövzu Avrasiyada təhlükəsiz və dayanıqlı inkişafın təmin edilməsi üçün Avropa və Asiya ölkələri arasında əlaqələrin inkişaf etdirilməsinə və gücləndirilməsinə yönəlib.

Toplantının əsas məqsədi Avrasiya məkanında qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün Avropa və Asiyanın qanunverici orqanlarının rəhbərləri, habelə beynəlxalq və parlamentlərarası təşkilatların rəhbərləri arasında birbaşa çoxtərəfli dialoqun qurulmasıdır.

Nur-Sultanda ilk dəfə keçiriləcək bu tədbirə Avropa və Asiyanın 84 ölkəsindən parlament rəhbərləri, 16 beynəlxalq və parlamentlərarası təşkilatın rəhbərləri dəvət olunub.

Müzakirələr nəticəsində yekun sənəd - birgə bəyannamə qəbul ediləcək.
 
Diasporpress.az