Neftin qiyməti son 4 ildəki ən kəskin ucuzlaşmadan sonra itkilərini bərpa edir
02 Avqust, 14:44   |    Baxış sayı: 46

Neftin qiyməti son 4 ildəki ən kəskin ucuzlaşmadan sonra itkilərini bərpa edir

Dünya birjalarında neftin qiyməti ötən 4 ildəki ən kəskin ucuzlaşmadan sonra itkilərini bərpa edir.

Diasporpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunan məhsullara əlavə rüsumların tətbiq olunacağını açıqlaması fonunda "qara qızıl”ın qiymətində ötən gün son 4 ildəki ən kəskin ucuzlaşma qeydə alınıb. Yenidən bahalaşmasına baxmayaraq, neftin qiyməti həftəni itkilərlə keçirməyə yönəlib.

Ekspertlərin fikrində, ABŞ Federal Ehtiyat Sisteminin (FED) son 10 ildə ilk dəfə uçot dərəcəsini endirməsi, eləcə də Birləşmiş Ştatların xam neft ehtiyatlarının ardıcıl bir neçə həftədə azalması "qara qızıl”ın qiymətinin aşağı istiqamətli dəyişməsinə təsir edən amillərdir.

Qeyd edək ki, hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 61,79 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 54,88 dollara alıcı axtarır.
 
Diasporpress.az