“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırdı
16 Avqust, 10:07   |    Baxış sayı: 80

“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırdı

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən "Bney Yehuda” - "Neftçi” oyunu başa çatıb.

Diasporpress.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində yeganə qolun müəllifi 90-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov olub.

Beləliklə, "Neftçi” iki oyunun nəticəsinə əsasən UEFA Avropa Liqasında mübarizəsini dayandırıb.

"Bney Yehuda” klubu play-off mərhələsində "Malmö” (İsveç) – "Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq.
 
Diasporpress.az