Ümumtəhsil məktəblərini bitirən hacıqabullu məzunlardan 162-si tələbə adını qazanıb
29 Avqust, 12:53   |    Baxış sayı: 77

Ümumtəhsil məktəblərini bitirən hacıqabullu məzunlardan 162-si tələbə adını qazanıb

Hacıqabulun ümumtəhsil məktəblərinin XI sinfini bitirən məzunlardan 162 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə daxil olublar.

Rayon Təhsil Şöbəsindən Diasporpress.az-a bildiriblər ki, 2018-2019-cu tədris ilində rayonda fəaliyyət göstərən 30 tam orta məktəbi 342 şagird bitirib. XI sinfi bitirən şagirdlərdən 249-u respublikamızın müxtəlif ali təhsil ocaqlarına sənəd verib. Onlardan 162 nəfəri test tapşırıqlarını düzgün cavablandıraraq tələbə adını qazanıb. Məzunlardan 3-ü 600-dən yuxarı, 27 nəfəri isə 500-600 arası bal toplayıb.

Şəhər 5 nömrəli tam orta məktəbinin şagirdləri qəbul imtahanlarında xüsusi ilə fərqləniblər. Təhsil ocağını bitirən 26 şagirddən 3-ü ali, 2-si isə orta ixtisas məktəblərinə qəbul olaraq müəllim və valideynlərini sevindiriblər.

Qəbul imtahanlarında iştirak edən məktəblilər arasında ən çox fərqlənən isə səhər 8 nömrəli məktəb-liseyi şagirdi Jalə Cəlilovadır. O, imtahanda 654 bal toplayaraq Prezident Yaninda Dövlət İdarəçilik Akademiyasina qəbul olub.
 
Diasporpress.az