Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb
04 Sentyabr, 14:03   |    Baxış sayı: 34

Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanlar sentyabrın 4-dən 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə müvafiq təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Diasporpress.az-a bildirilib ki, abituriyentlər tələb edilən sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.
 
Diasporpress.az