Minskin mərkəzindən aeroporta birbaşa dəmir yolu xətti çəkiləcək
05 Sentyabr, 10:37   |    Baxış sayı: 34

Minskin mərkəzindən aeroporta birbaşa dəmir yolu xətti çəkiləcək

Belarusun Minsk şəhərinin mərkəzindən aeroporta birbaşa dəmir yolu xətti çəkiləcək.

Diasporpress.az BELTA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Minsk vilayətinin baş arxitektoru Vadim Nikolaenko deyib.

Onun sözlərinə görə, bu dəmir yolu xəttinin çəkilişi ilə əlaqədar iqtisadi və logistika baxımından üç variant üzərində iş aparılır. Bu dəmir yolu xəttinin çəkilişinə dair təkliflər paketi yaxın vaxtlarda təqdim ediləcək. Minskin inkişafı aeroportdan şəhərin mərkəzinə birbaşa dəmir yolu xəttinin çəkilişini qaçılmaz edir.
 
Diasporpress.az