01 Avqust, 10:38   |    Baxış sayı: 156

"Manat kreditlərinin restrukturizasiyası yekunlaşıb, yaxında vəsaitlərin əhaliyə verilməsinə başlanacaq" - Elman Rüstəmov

"Manat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıbdır. Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik".

Diasporpress.az xəbər verir ki, bunu iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

"Əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin Sizin Fərmanınız və təşəbbüsünüzlə kompensasiya olunması prosesi tam başa çatıbdır, bu vəsaitlər əhaliyə ödənilibdir. Manat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıbdır. Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik", - deyə o bildirib.
 
Diasporpress.az