“Maliyyə hesabatları və təhlili” mövzusunda təlim olacaq
06 Sentyabr, 14:22   |    Baxış sayı: 43

“Maliyyə hesabatları və təhlili” mövzusunda təlim olacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə sentyabrın 12-də "Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçirəcək.

KOBİA-dan Diasporpress.az-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) tərəfindən mövzu üzrə təqdimat keçiriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Təlimdə iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə "Maliyyə hesabatları və təhlili” təlimi yazmaqla agentliyin "training@smb.gov.az” e-mail ünvanına göndərmələri xahiş olunur.

Təlimdə iştirak ödənişsizdir.
 
Diasporpress.az