Kriştianu Ronaldu mövsümün ən yaxşı futbolçusu nişanını taxmaqdan imtina edib
02 Sentyabr, 18:25   |    Baxış sayı: 41

Kriştianu Ronaldu mövsümün ən yaxşı futbolçusu nişanını taxmaqdan imtina edib

İtaliyanın "Yuventus" komandasının futbolçusu Kriştianu Ronaldu formasına ötən mövsümün ən yaxşı futbolçusu üçün nəzərdə tutulan nişanı taxmaqdan imtina edib.

Diasporpress.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu bu addımını özünü komandanın digər oyunçularından üstün tutmaması ilə əlaqələndirib. O, nişan taxmaqdan imtina edən yeganə futbolçu olub.

Qeyd edək ki, İtaliya A Seriyasında 2018/2019 mövsümünün ən yaxşıları "İnter"dən Samir Handanoviç (qapıçı), "Roma"dan Nikola Zaniolo (ən yaxşı gənc futbolçu), "Napoli"dən Kalidu Kulibali (ən yaxşı müdafiəçi), "Latsio"dan Sergey Milinkoviç-Saviç (ən yaxşı yarımmüdafiəçi), "Sampdoriya"dan Fabio Kvalyarella (ən yaxşı hücumçu) və Kriştianu Ronaldu (ən yaxşı futbolçu) olub.
 
Diasporpress.az