İtaliyanın
17 Avqust, 11:17   |    Baxış sayı: 83

İtaliyanın "Roma" klubu türkiyəli futbolçunu heyətinə qatıb

İtaliyanın "Roma" klubu Türkiyənin "Gənclərbirliyi" komandasının futbolçusu Mert Çetini heyətinə cəlb edib.

Diasporpress.az klubun rəsmi saytına istinadla xəbər verir ki, italyanlar 22 yaşlı müdafiəçi üçün Ankara təmsilçisinə 3 milyon avro ödəyib. Futbolçu ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Anlaşmaya əsasən, oyunçu 5 milyon avrodan çox məbləğə satılacağı təqdirdə vəsaitin 10 faizi Türkiyə klubuna ödəniləcək.

Qeyd edək ki, M.Çetin 2017-ci ildən "Gənclərbirliyi"nin formasını geyinir.

"Roma"da digər türkiyəli futbolçu Cengiz Ünder də çıxış edir.
 
Diasporpress.az