İtaliyada antibiotiklərin 50 faizi heyvan fermalarında istifadə edilir
26 Avqust, 11:48   |    Baxış sayı: 85

İtaliyada antibiotiklərin 50 faizi heyvan fermalarında istifadə edilir

İtaliyada işlədilən antibiotiklərin 50 faizi toyuq, hinduşka və donuz fermalarında istifadə edilir.

Diasporpress.az xəbər verir ki, bu barədə məlumat ölkədə nəşr edilən antibiotiklərə qarşı dayanıqlıq üzrə milli proqramda yer alıb.

Proqramın müəllifləri antibiotiklərə qarşı dayanıqlığın heyvanlardan insanlara keçdiyini qeyd edərək həyəcan təbili çalıblar. Onlar bunun birbaşa əlaqə və ya ət vasitəsilə baş verdiyini söyləyiblər.
 
Diasporpress.az