20 Avqust, 17:25   |    Baxış sayı: 84

"İraq ordusunu dəstəkləməyə davam edəcəyik" - Almaniyanın Müdafiə naziri

Almaniya beynəlxalq koalisiyanın bir hissəsidir. Biz Almaniya olaraq İraq ordusuna dəstəyimizi davam etdirəcəyik.

Diasporpress.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İordaniyaya səfərindən sonra Bağdada gələn Almaniyanın Müdafiə naziri Annerget Kramp Karrenbauer həmkarı Necah əş-Şəməri ilə görüşündə deyib. O, terrorla mübarizə və logistika sahələrində əməkdaşlıq məsələlərindən danışıb.

Görüşdə, həmçinin hərbi təlimlər barədə məsələlər müzakirələr edilib.

Diasporpress.az