İrana məxsus tanker ABŞ-ın sanksiya siyahısına salınıb
31 Avqust, 11:55   |    Baxış sayı: 38

İrana məxsus tanker ABŞ-ın sanksiya siyahısına salınıb

İranın "Adriana Dara-1” neft tankeri və onun kapitanı olan Hindistan vətəndaşı Raşmir Kumar ABŞ-ın sanksiya siyahısına salınıb.

Diasporpress.az xəbər verir ki, ABŞ İranı bu tanker vasitəsilə Suriyada məskunlaşan terrorçuların neftini daşımaqda ittiham edib. ABŞ-ın Dövlət katibi bildirib ki, İran qanunsuz neft satışı ilə məşğul olaraq əldə olunan pulları terrorçulara verir.

Bu xəbər İranda birmənalı qarşılanmayıb. Yerli mətbuat yazır ki, əgər ABŞ-da "Adrian Dara-1” gəmisinin terrorçularla əlaqəsi haqqında faktlar varsa, onda gəmi Hibraltarda həbsdə olanda nə üçün bu faktlar məhkəməyə təqdim edilmədi. İran hesab edir ki, bu addım ABŞ-ın növbəti uydurmasıdır.

Xatırladaq ki, gəmi hazırda Türkiyə sahillərindən uzaqlaşaraq Livana yaxınlaşır. (azərtac)
 
Diasporpress.az