İran XİN müavini Fransaya səfər edəcək
02 Sentyabr, 13:56   |    Baxış sayı: 115

İran XİN müavini Fransaya səfər edəcək

İran xarici işlər nazirinin müavini Abbas Arakçı nüvə sazişini müzakirə etmək üçün Fransaya səfər edəcək.

Diasporpress.az RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu İran İslam Respublikası Prezidentinin Administrasiyasının başçısı Mahmud Vaezi bildirib. O, qeyd edib ki, səfər zamanı nazir müavinini iqtisadiyyat üzrə bir qrup mütəxəssis müşayiət edəcək.

Onun sözlərinə görə, Arakçının başçılıq etdiyi nümayəndə heyəti nüvə sazişini dəstəkləməyə yönəlmiş təklifləri müzakirə edəcək.
 
Diasporpress.az