Çində hərbi parad keçiriləcək
29 Avqust, 15:55   |    Baxış sayı: 104

Çində hərbi parad keçiriləcək

Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 70-ci ildönümü münasibətilə oktyabrın 1-də Pekində hərbi parad keçiriləcək.

Diasporpress.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyasının təbliğat şöbəsinin müdiri Van Siaohuy mətbuat konfransında bildirib. Diqqətə çatdırıb ki, parad ÇXR-in yaranmasının ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdən biri olacaq. Paraddan sonra ziyafət və atəşfəşanlıq təşkil ediləcək. Mərasimdə yüksək medallara, o cümlədən bu il ilk dəfə təqdim olunacaq "Respublika” medalına layiq görülənlərə veriləcək.

Qeyd edək ki, Çin Xalq Respublikası 1949-cu il oktyabrın 1-də elan olunub.
 
Diasporpress.az