Çin kosmosa iki peyk göndərib
31 Avqust, 12:26   |    Baxış sayı: 41

Çin kosmosa iki peyk göndərib

Avqustun 31-də Çin "Kuayçjou-1A” raketdaşıyıcısı ilə kosmosa iki peyk göndərib. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Diasporpress.az xəbər verir ki, raketdaşıyıcı ölkənin şimal-qərbində yerləşən Qansu əyalətinin Tszyuan kosmodromundan orbitə buraxılıb. Kosmik aparatlardan biri mikroqravitasya eksperimental peyki, digəri isə "Syaosan-1-07” elmi-tədqiqat aparatıdır.

Bu, "Kuayçjou-1A” raketdaşıyıcısının kosmosa üçüncü buraxılışıdır.

ÇXR meteoroloji, telekommunikasiya, naviqasiya peyklərini orbitə göndərməklə öz kosmik proqramını inkişaf etdirir. Bununla yanaşı, çinli alimlər 2020-2025-ci illərdə asteroidlərin və Marsın tədqiqi üzrə geniş proqramı da həyata keçirəcəklər.
 
Diasporpress.az