İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda
07 Fevral, 11:56   |    Baxış sayı: 265

İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda

Fevralın 7-də prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gedib.

Diasporpress.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər.

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.
 
Diasporpress.az