Hindistan S-400 üçün Rusiyaya avans ödəyib
29 Avqust, 16:24   |    Baxış sayı: 39

Hindistan S-400 üçün Rusiyaya avans ödəyib

Hindistan S-400 zenit-raket kompleksləri üçün Rusiyaya avans ödəyib

Diasporpress.az Rusiya KİV-ləri bu barədə Hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətə istinadla məlumat yayıblar. Məlumatda bildirilir ki, bu məsələ nizamlanıb və obyektiv səbəbdən texniki detallar açıqlanmır.

Hindistan Belarus, Çin və Türkiyədən sonra "Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkə olacaq.

Uzaq məsafəli zenit-raket sistemi - S-400 "Triumf” (NATO kodifikasiyasına görə SA-21 Growler) 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.
 
Diasporpress.az