Gürcüstanlı gənclərimiz poeziyanı təbliğ edirlər
17 Sentyabr, 11:06   |    Baxış sayı: 205

Gürcüstanlı gənclərimiz poeziyanı təbliğ edirlər

Diasporpress.az xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) "Poeziya Günü” keçirilib.

Mərkəzin könüllülərinin təşəbbüsü ilə baş tutan tədbiri icraçı direktor Aygül İsayeva açıb. O, bildirib ki, məqsəd – poeziyanı təbliğ etmək, Azərbaycan və gürcü xalqlarını ədəbiyyatın bu nəfis janrı vasitəsilə bir-birinə daha da yaxınlaşdırmaqdır.

Tədbir Azərbaycanın məşhur qiraət ustaları Əminə Yusifqızı və Həsən Əblucun ifasında, vaxtilə səslənən poeziya nümunələri ilə, davam etdirilib. Daha sonra könüllülər görkəmli Azərbaycan və gürcü şairləri İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Lado Asatiani, Qalaktion Dabidze və digərlərinin əsərlərini təqdim ediblər.