Gürcüstanda çörəyin bahalaşması gözlənilir
05 Avqust, 16:06   |    Baxış sayı: 35

Gürcüstanda çörəyin bahalaşması gözlənilir

"Gürcüstanda çörək və çörək məmulatlarının bahalaşacağı gözlənilir”.

Diasporpress.az xəbər verir ki, bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava bildirib.

Onun sözlərinə görə, qiymət artımına səbəb milli valyuta olan larinin son vaxtlar dəyərdən düşməsidir.

L.Silaqava çörəyin qiymətində kəskin artımın olmayacağını qeyd edib.

Assosiasiya rəhbəri əlavə edib ki, ölkədəki çörəkbişirmə müəssisələri qiymət artımı ilə bağlı qərar qəbul etməyə hazırlaşır.
 
Diasporpress.az