Güləşçilərimiz növbəti təlim-məşq toplanışına başlayıblar
15 Avqust, 16:46   |    Baxış sayı: 116

Güləşçilərimiz növbəti təlim-məşq toplanışına başlayıblar

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. İlin ən vacib yarışı olan dünya çempionatı Olimpiadaya lisenziya xarakteri daşıyır.

Azərbaycan Güləş Federasiyasından Diasporpress.az-a verilən məlumata görə, güləşçilərimiz mundiala intensiv şəkildə hazırlığı davam etdirirlər. Bu həftə komandalarımız növbəti təlim-məşq toplanışına başlayıb. Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımız avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start verib. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlarımız isə bu gündən Türkiyə toplanışına başlayıb. Komandamız Türkiyə yığması ilə birgə Sarıyer şəhərində hazırlıq keçir.
 
Diasporpress.az