16 İyul, 15:55   |    Baxış sayı: 54

"Gərginlik yaratmaq lazım deyil"- Çavuşoğlu

"Bu günlərdə Türkiyəyə gətirilən "S-400" zenit raket kompleksləri NATO üçün heç bir təhlükə yartmır".

Diasporpress.az xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Şimali Makedoniyada mətbuat konfransında deyib. 

"S-400" NATO üçün təhlükə yaratmır. Qapadılmış bu prosesdə lazımsız gərginlik yaratmağa ehtiyac yoxdur",-deyə XİN rəhbəri bildirib. 

Qeyd edək ki, NATO-nun mətbuat xidməti Rusiyanın "S-400" komplekslərinin Türkiyəyə çatdırılması ilə bağlı narahatlığını dilə gətirib.

Diasporpress.az