Gənc akrobatika gimnastlarımız Avropa çempionatında qızıl medal qazanıblar
04 Noyabr, 10:10   |    Baxış sayı: 113

Gənc akrobatika gimnastlarımız Avropa çempionatında qızıl medal qazanıblar

Azərbaycanın akrobatika gimnastları İsraildə keçirilən Avropa çempionatında tarixi uğura imza atıblar.



AZƏRTAC
 xəbər verir ki, gənclər yaş qrupunda kişi cütlüyü tərkibində mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasov dinamik hərəkətlər üzrə final yarışlarında bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adını qazanıblar.



Cütlük daha öncə çoxnövçülükdə gümüş, balans hərəkətlərində isə bürünc medala sahib olublar.



Qeyd edək ki, Azərbaycanın idman tarixində ilk dəfədir gənc akrobatika gimnastları Avropa çempionatında qızıl medal qazanıblar.